"İsraili sərt və dağıdıcı bir intiqam gözləyir!"

İran Təhlükəsizlik naziri deyib: "Sionist rejim və onun arxasında dayananları ilahi intiqam və xalq tərəfindən yerinə yetiriləcək sərt, dağıdıcı, məhvedici intiqam gözləyir."

Az.rasthaber.com xəbər verir ki, İran Təhlükəsizlik naziri Seyid İsmayıl Xətib Loristan Əyalətində çıxışı zamanı sionist rejimin “insan haqlarının müdafiəçisi olduğunu iddia edən bütün Qərb ölkələrinin gözü önündə həyata keçirdiyi qətliam və soyqırımı pisləyib.

İranın Təhlükəsizlik naziri deyib: "Şübhəsiz bu fəlakət tarixdə bəşəriyyətə qarşı bir xəyanət kimi qalacaq. Cinayətkarların bu əməlinin nəticəsi ondan ibarətdir ki, artıq Sionist rejimlə normallaşma prosesi bir daha bərpa olunmayacaq zədə alıb. Hökumətlər indiyədək xalqın etirazına rəğmən qondarma sionist rejimlə normallaşmaq yolunu tutmuşdu. Onlar bu yolla Amerikanın təhlükəsizlik təminatını qazanmağa çalışsalar da, bilməlidirlər ki, bu tənlik ciddi şəkildə dəyişib və praktiki olaraq artıq onun nəticəsi və bəhrəsi olmayacaq.

Xəbəri paylaş

VİDEOLAR