İsraildən Qəzzaya YENİ HÜCUM

İsraildən Qəzzaya YENİ HÜCUM

Sionist İsrailin pilotsuz uçuş aparatları (PUA) Qəzza zolağının şərqində HƏMAS-a məxsus iki hərbi məntəqəni hədəfə alıb.

Az.rasthaber.com xəbər verir ki, Fələstin İnformasiya Mərkəzinin məlumatına görə, sionist İsrailin pilotsuz uçuş aparatları (PUA) Qəzza zolağının şərqində HƏMAS-a məxsus 2 hərbi məntəqəni hədəf alıb.

Sözügedən hücumda ölən və yaralananlarla bağlı Fələstin Səhiyyə Nazirliyi və İsrail ordusundan hələlik heç bir açıqlama verilməyib.

Sionist rejim ordusunun sözçüsü Qəzzanın şərqi sərhədindəki etirazlara cavab olaraq HƏMAS-ın məntəqələrini hədəf aldıqlarını iddia edib.

Qeyd edək ki, İsrail qüvvələri bir müddət əvvəl Qəzza şəhərinin şərqində yerləşən Əz-Zeytun səmtində HƏMAS-a aid üç məntəqəni hədəfə alıb.

Xəbəri paylaş

VİDEOLAR