Sionist rejimin müdafiə naziri Yoav Qalant bildirib ki, Qəzzəyə qurudan hücum aylarla davam edə bilər.
Az.rasthaber.com xəbər verir ki, Yediot Ahronot qəzetində yer alan xəbərə görə, Qalant deyib:
“İsrail ordusunu dayandıra biləcək heç bir şey yoxdur. İsrailin Qəzzaya hücumunun əməliyyat aspekti hava imkanları və quru əməliyyatlarından ibarətdir. Qəzzada quru əməliyyatı orada sonuncu müharibə olmalıdır, çünki bundan sonra HƏMAS olmayacaq. Bu, bir ay, 2 ay, 3 ay çəkə bilər, amma sonda orada HƏMAS qalmayacaq".
İsrail ordusu daha əvvəl “müharibə”nin növbəti mərhələsinə (yerdən hücum) hazırlıq çərçivəsində İsrail qüvvələrinin Qəzzada üzləşə biləcəyi təhlükələri azaltmaq üçün hava hücumlarını gücləndirdiyini açıqlamışdı.