İsraildə koronavirusun pis ssenarisini özləri açıqladı: 21600 nəfər öləcək, 1 milyon insan...

İsraildə koronavirusun pis ssenarisini özləri açıqladı: 21600 nəfər öləcək, 1 milyon insan...

İsraildə koronavirus xəstələrinin sayı hər gün sürətlə artır

Rasthaber Azərbaycan "İslamazeri.com"a istinadən xəbər verir ki, İsraildə koronavirusla bağlı riyazi ölçmə vasitəsilə Amit Huppert və Rami Yaari adlı həkimlər araşdırma aparıblar.

 The Times Of Israel qeyd edir ki, bu araşdırma epidemiyanın çox pis ssenarisi baş verərsə nə olacağı haqqındadır.

Belə ki, hər xəstənin iki nəfərə yoluxdurması baş verərsə 1 milyon 440 min nəfər İsraildə COVİD-19-a yoluxacaq.

Bundan daha dəhşətli proqnoz isə, bu baş verərsə 21600 nəfər dünyasını dəyişəcək.

Ümumilikdə 4 ssenari nəzərdən keçirilib; yaxşı variant, pis variant və iki orta variant.

Yaxşı halda hər infeksiyaya yoluxan 1 nəfəri yoluxduracaq, bu da 32 faiz əhali - 576 min nəfər deməkdir.

Bu da 108 min nəfərdə  ağr və kritik vəziyyət yaradacaq ki, 8600 nəfər öləcəkdir.

Araşdırmalarda bildirilir ki, əgər 47 faiz əhali koronavirusa yoluxsa bu  846 min nəfər deməkdir və nəticədə 12700 nəfərin ölümü baş verəcək.

Əgər  58 faiz əhali yoluxarsa bu  1 milyon 44 min nəfər deməkdir və nəticədə 15700 nəfər öləcək.

Qeyd edək ki, İsraildə koronavirus xəstələrinin sayı hər gün sürətlə artır

Sürətlə yoluxma halları orduya da sirayət edib.

Belə ki, Times Of İsrael-in əldə etdiyi məlumata görə, İsrail Ordusunda hal hazırda 10 hərbçi koronavirusa yoluxub.

Məlumata görə, hərbi səhiyyə qurumu hazırda bu hərbçilərlə ünsiyyətdə olan hərbçi və əsgərlərin olub-olmamasını araşdırır.

Bu arada İsraildə bu gün 96 nəfərin koronavirusa yoluxma faktı təsdiqlənib və ümumi say 529 nəfərə çatıb.

Yerli KİV labaratoriya və koronavirusla bağlı testlərin sayının çoxalmasını nəzərə alaraq bu sayın sürətlə artacağını ehtimal edir.

Xəbəri paylaş

VİDEOLAR