İsraildə koronavirus dəhşəti: Hərbçilər, vətəndaşlar, şagirdlər karantində...

İsraildə koronavirus dəhşəti: Hərbçilər, vətəndaşlar, şagirdlər karantində...

Bir həftə öncə İsrail Ordusunda bir nəfərin koronavirusa yoluxduğu önə çəkilirdisə, indi bu saytın artmasını rəsmilər gizlədir

Rasthaber Azərbaycan xəbər verir ki, hələ bir həftə öncə İsrail Ordusunda bir nəfərin koronavirusa yoluxduğu bildirilirdi.

Bu hərbçinin mağaza-kafe işlədən bir qadın olduğu qeyd edilirdi, bir həftə keçməsinə baxmayaraq İsrail ordusu həmişə olduğu kimi bu sahədə də senzuraya əl ataraq hərbçilərin içində neçə nəfərin koronavirusa yoluxduğunu açıqlamır.

Lakin İsrail Ordusu 9 mart səhər verdiyi açıqlamada 1237 hərbçi; zabit, gizir, əsgər və yüksək rütbəli zabitin karantində olduğunu bildirib.

Bunların neçə nəfərində bu virusun aşkar edilməsi isə senzura nəticəsində məlum olmayıb.

İsrail rəsmi qurumlar dünən 1 gün ərzində 14 nəfərdə koronavirusun aşkarlandığını, beləliklə ümumilikdə 39 nəfərin koronavirusa yoluxduğu önə çəkilir.

Bazar günü İsrailin səhiyyə naziri Yaakov Litsman hal hazırda 20 min nəfərin karantində olduğunu bildirib. 10 minlər israillinin evdə iki həftəlik karantində saxlanıldığını deyən Litsman 3878 müəllim və şagirdin də karantində olduğunu qeyd edib.

5 mart tarixindən isə Avropanın bir çox şirkətləri İsrailə uçuşları dayandırıb.

Lufthansa (7100 reys), Austrian Airlines, Swiss Air, Air France, Alitalia, Iberia İsrailə təyyarə reyslərini ya tamamilə ləğv, ya da ciddi sürətdə azaldıb.

Buna səbəb olaraq İsraildə koronavirusun yayılması, həmçinin hər kəsin karantinə salınması göstərilir.

Qeyd edək ki, İsrail koronavirusla bağlı məlumatları tam ictimaiyyətlə bölüşmədiyi ehtimal olunur. Çünki, İsrail ciddi olaraq bu cür məsələlərdə məlumatın ictimaiyyətə və mediaya ötürülməsinin qarşısını almaqla yanaşı, KİV-ə senzura tətbiq edir. (islamazeri.com)

Xəbəri paylaş

VİDEOLAR