İsraildə heç bir partiya hökuməti təsis etmək üçün lazımi səsi toplaya bilmədi

İsraildə heç bir partiya hökuməti təsis etmək üçün lazımi səsi toplaya bilmədi

İsraildə son ildə keçirilən iki Knesset seçkisi kimi bu seçkidə də qəti qalib müəyyənləşməyib

İsrailin "Haaretz" qəzeti xəbər verir ki, Knesset seçkilərinin son nəticələrinə əsasən heç bir partiya qəti qalibiyyət üçün lazım olan səsləri əldə edə bilməyib.

Təqribən səslərin 95 faizinin hesablanmasından sonra məlum edilib ki, öndə gedən Likud partiyası da hökuməti təsis etmək üçün lazımi səsi əldə edə bilməyib.

Bu nəticələrə əsasən əlavə edilib ki, mühafizəkar Likud partiyası, "mötədil" və solçuların heç biri parlament kürsülərinin 60-dan çoxuna yiyələnməyiblər.

Məlumata görə hazırda Benyamin Netanyahunun başçılıq etdiyi Likud partiyası 36 kürsüyə, Beni Qantsının başçılıq etdiyi "Mavi-Bəyaz" partiyası isə 32 kürsüyə yiyələnib.

Qeyd edək ki, son ildə İsraildə keçirilən Knesset seçkilərinin heç birində partiyalar qəti qalibiyyəti əldə edə bilməyiblər.

salamnews

Xəbəri paylaş

VİDEOLAR