İsraildə fəlakət üstünə fəlakət

İsraildə fəlakət üstünə fəlakət

İsrailin paytaxtı Təl-Əvivdə 431 saylı şosse partlayıcı maddələrin aşkarlanmasından sonra hər iki istiqamətdə hərəkətə bağlanıb. Digər tərəfdən, ölkənin ən uzun iki magistral yolu sel səbəbiylə nəqliyyata bağlanıb.

Az.rasthaber.com xəbər verir ki, İsrail dövlət televiziyası KAN-ın məlumatına görə, Tel-Əvivin Ayalon kəsişməsi yaxınlığında partlayıcı qurğu aşkarlanıb.

Partlayıcı maddənin aşkar edildiyi magistral yol hər iki istiqamətdə nəqliyyata bağlanıb və əraziyə bomba zərərsizləşdirmə qrupları sövq edilib.

Sionist İsrail polisinin sözçüsü tərəfindən verilən açıqlamada məsələnin araşdırıldığı bildirilib.

Açıqlamada magistral yolda şübhəli obyektin aşkar edildiyi və bomba zərərsizləşdirmə qrupları tərəfindən zərərsizləşdirildiyi qeyd edilib.

Partlayıcı obyekti kimin yerləşdirdiyinin müəyyənləşdirilməsi istiqamətində işlərin davam etdirildiyi bildirilib.

Digər tərəfdən, Jerusalem Post qəzeti partlayıcı maddənin İsrail bayrağına bükülü olduğunu yazıb.

İşğalçı İsrailin cənub bölgələrində baş verən sel fəlakəti səbəbindən ölkənin ən uzun iki magistralının nəqliyyata bağlandığı bildirilib.

Sionist İsrail polisinin verdiyi yazılı açıqlamada, cənubda baş verən daşqın səbəbindən 90 saylı magistralın nəqliyyata bağlandığı bildirilib.

İsrailin ən uzunu olan 480 kilometrlik avtomobil yolu şimalda Livan sərhədindən başlayır və İordan Vadisi, Ölü Dənizin qərb sahili, Araba Vadisi və cənubda Eylat vasitəsilə uzanır.

Açıqlamada qeyd olunub ki, cənubda 40 saylı magistral da hava şəraiti ilə əlaqədar olaraq nəqliyyatın hərəkətinə bağlanıb. 40 nömrəli magistral İsrailin ikinci ən uzun yoludur, uzunluğu 302 kilometrdir. Ölkənin mərkəzi hissəsindən başlayır və cənuba doğru uzanır.

Son günlər sionist İsrailin Beyt Şemeş şəhərində və Qüdsün 5 fərqli bölgəsində meşə yanğını baş verib. Təl-Əvivi Qüdslə birləşdirən əsas magistral güclü meşə yanğını səbəbindən bağlanıb

Xəbəri paylaş

VİDEOLAR