Dünən gecə Təl-Əvivin Kablan küçəsində aksiya keçirən minlərlə nəfər Qəzzədəki sionist əsirlərin azad edilmələri üçün təcili razılaşmanın imzalanması və seçkilərin keçirilməsini tələb edib.
Sionist rejimin informasiya mənbələri çərşənbə günü gecə də Netanyahunun Təl-Əvivdə yerləşən iqamətgahı qarşısında sionist əsirlərin ailələrinin aksiyalarının davam etdiyini bildirmişdilər.
Təl-Əvivin Kerya bölgəsində aksiya keçirən etirazçılar sionist əsirlərin azad edilmələrini tələb ediblər.
Onların əllərində/ sionist rejimlə Həmas arasında əsirlər mübadiləsinin həyata keçirilməməsini pisləyən plakatlar olub.
Bu aksiyalar Təl-Əviv mənbələrinin «sionist əsirlərin azad edilmələri üzrə müzakirələr indiyədək bir nəticə verməyibdir» demələrindən sonra keçirilir.