İsrail zərbələri nəticəsində dünyasını dəyişən dinc fələstinlilərin sayı ilə bağlı ən son məlumat açıqlanıb.
Az.rasthaber.com “The New Arab”a istinadən xəbər verir ki, bu barədə Qəzza sektorunun Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, indiyədək, 91-i uşaq və 61 qadın olmaqla, 493 mülki şəxs qətlə yetirilib.
“Bundan başqa, 2751 fələstinli, o cümlədən də 244 uşaq və 141 qadın İsrailin davam etməkdə olan hava zərbələri nəticəsində yaralanıb“, – deyə qeyd edilib.