İsrail yenidən Suriyaya hücum edib

İsrail yenidən Suriyaya hücum edib

Suriyanın rəsmi xəbər agentliyi SANA Suriyanın şimalında Hələbin Əl-Safirə şəhərində bir neçə partlayış səsinin eşidildiyini bildirib.

Az.rasthaber.com xəbər verir ki, Suriya mediası partlayışların sionist rejimin Hələb rayonunun Əl-Safirə şəhərinə hücumu nəticəsində baş verdiyini açıqlayıb.

Bəzi mənbələr İsrailin hücumunda Hələbin cənub-şərqindəki Əl Safira şəhəri yaxınlığındakı elmi araşdırma mərkəzinin hədəf alındığını bildirib.

SANA-ya danışan Suriya hərbi rəsmisi deyib: Sionist rejim bu gün səhər saat 00.45 radələrində Hələbin cənub-şərq tərəfdən çoxsaylı raket hücumları həyata keçirib və bu şəhər və İdlib rayonu yaxınlığındakı bir çox mövqeləri bombalayıb.

Sözügedən rəsmi həmçinin bu hava hücumunda çoxlu suriyalı əsgərin yaralandığını və maddi ziyanın olduğunu da bildirib.

Xəbəri paylaş

VİDEOLAR