Sionist rejim ordusu Qəzza zolağında sərhəd mitinqində baş verən hadisələrdən sonra cümə günü Qəzzaya hava hücumu təşkil etdiyini açıqlayıb. Cümə günü Qəzza zolağında sərhəddəki gərginlikdə çoxlu fələstinli gəncin yaralandığı bildirilir.
Az.rasthaber.com xəbər verir ki, sionist rejim ordusunun sözçüsü deyib:
"Bu hava hücumu cümə günü həmişəlik bağlı olan Korni keçid məntəqəsi yaxınlığında fələstinlilərin toplaşdığı əraziyə zərbə endirib".
Fələstin ərazilərindəki təhlükəsizlik mənbəsi də AFP-yə bildirib ki, İsrail Qəzza şəhərinin şərqindəki müqavimət müşahidə məntəqəsini bombalayıb.
Bu hava hücumunda ölənlər barədə hələlik heç bir məlumat paylaşılmayıb.
Digər tərəfdən, sionist İsrail əsgərləri Məscidül-Əqsa və fələstinli məhbuslara dəstək məqsədilə Qəzza zolağının sərhədində keçirilən nümayişlərə müdaxilə edib.
Fələstin Səhiyyə Nazirliyinin Qəzza zolağında verdiyi yazılı açıqlamaya görə, İsrail əsgərlərinin nümayişlərə real və rezin güllələrlə müdaxiləsi nəticəsində 12 fələstinli yaralanıb.