İsrail yardım paylama məntəqəsini vurdu: Onlarla ölü

İsrail yardım paylama məntəqəsini vurdu: Onlarla ölü

Sionist İsrail ordusu yardımların girişindəki maneə səbəbindən aclıq və qıtlığın yaşandığı Qəzza zolağında Küveyt qovşağında humanitar yardım gözləyən insanlara atəş açıb, 30-dan çox insan həlak olub, ən azı 155 nəfər yaralanıb.

Az.rasthaber.com xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyinin verdiyi açıqlamada sionist İsrail ordusunun Qəzza zolağının Küveyt qovşağında humanitar yardım gözləyən fələstinliləri hədəfə aldığı bildirilib.

Açıqlamada 30-dan çox insanın şəhid olduğu, ən azı 155 nəfərin yaralandığı bildirilib və baş verənlərin İsrailin əvvəlcədən planlaşdırdığı yeni və dəhşətli qətliam törətmək niyyətini nümayiş etdirdiyi vurğulanıb.

Açıqlamada, Küveyt qovşağında ağır sahə vəziyyətinə baxmayaraq, ölü və yaralıların təxliyyə prosesinin davam etdiyi, xəstəxanalara çatdırılan yaralıların sağlamlıq vəziyyətinin ağır olması səbəbindən şəhidlərin sayının arta biləcəyi bildirilib.

Xəbəri paylaş

VİDEOLAR