İsrail vəhşilikdə sərhəd tanımır: Parkda oynayan uşaqları hədəfə aldı

İsrail vəhşilikdə sərhəd tanımır: Parkda oynayan uşaqları hədəfə aldı

Sionist İsrail döyüş təyyarələrinin Qəzza zolağının mərkəzi hissəsində yerləşən Meqazi Qaçqınlar Düşərgəsindəki uşaq meydançasına hücumu nəticəsində aralarında uşaq və qadınların da olduğu 10 nəfər şəhid olub.

Az.rasthaber.com xəbər verir ki, Qəzzadakı səhiyyə mənbələrindən verilən məlumata görə, İsrailin Meqazi Qaçqınlar Düşərgəsinə təşkil etdiyi hücumda həyatını itirən ən az 10 nəfərin cənazəsi Deyr əl-Belahdakı Əqsa Şəhidləri Xəstəxanasına çatdırılıb.

Şahidlər vurğuladılar ki, İsrail döyüş təyyarələri Meqazi Qaçqın Düşərgəsində Mühəndis qovşağının ətrafında uşaqlar üçün tikilmiş oyun meydançasını hədəfə alıb.

Şahidlər hücuma məruz qalan mülki şəxslərin əksəriyyətinin uşaqlar olduğunu və uşaqların oyun meydançasında oyuncaqlarla əylənərkən sionist İsrail döyüş təyyarələrinin hədəfinə çevrildiyini bildiriblər.

Xəbəri paylaş

VİDEOLAR