İsrail ordusunun komandanı Aviv Koçavi Misirin Şarm əş-Şeyx şəhərində Səudiyyə Ərəbistanı ordusunun komandiri Fəyyad Bin Hamed Əl-Ruveyli də daxil olmaqla Səudiyyə ordusu rəsmiləri ilə görüşüb.
Az.rasthaber.com xəbər verir ki, Wall Street Journal-ın xəbərinə görə, mart ayında ABŞ-ın vasitəçiliyi ilə keçirilən İsrail-Səudiyyə Ərəbistanı danışıqlarında, İranın nüvə raketi və pilotsuz uçuş aparatı təhdidlərinə qarşı koordinasiya imkanları müzakirə edilib.
Məlumata görə, iki ölkənin belə yüksək rütbəli əməkdaşları ilk dəfədir ki, ortaq təhlükədən necə müdafiə olunacağını müzakirə edib.
Bildirilib ki, danışıqlarda Səudiyyə Ərəbistanından Əl-Ruveyli və israilli Əviv Koçavi, həmçinin Qətər, İordaniya, Misir, BƏƏ və Bəhreynin yüksək rütbəli hərbi rəsmiləri iştirak ediblər.
Mənbələrin bildirdiyinə görə, iştirakçılar hökumət səviyyəsində danışıqlara aparan telefon xətləri və kompüter rabitəsi vasitəsilə ani təhdidlərin ötürülməsi mexanizmi barədə prinsipial razılığa gəliblər.