Beynəlxalq Cinayət Məhkəməsi araşdırma başladıb
Rasthaber Azərbaycan az.shafaqna.com-a istinadən xəbər verir ki. İsrail rejimi öz hərbi cinayətkarlarını məhkəmədən qorumaq üçün hərəkətə keçərək gizli siyahı hazırlayır.
Bildirilir ki, əgər Beynəlxalq Cinayət Məhkəməsi (BCM) işğal altındakı Fələstin torpaqlarındakı, həmçini Qəzza sektorundakı hərbi cinayətləri araşdırmağa başlasa, İsrail rejiminin 200-300 hərbçisi və əməkdaşı həbs edilə bilər.
Bunun baş verməməsi üçün İsrail rejimi xüsusi gizlilik şəraitində həmin şəxslərin siyahısını hazırlayır ki, həbs təhlükəsini aradan apara bilsin.
İsrail rejimi narahatdır ki, BCM gizli siyahını da həmin insanların günahlarını isbat etmək üçün istifadə edə bilər.
Xatırladaq ki, BCM-in Baş prokuroru Fatu Bensuda 2014-cü ildə Qəzza sektorunda baş vermiş hadisələrlə bağlı araşdırma başlatmaq istəyir. BMT-in məlumatlarına görə, İsrail rejiminin Qəzzadakı 51 günlük əməliyyatı zamanı 551-i uşaq olmaqla, 2178 fələstinli həlak olub, 11 min nəfərdən çox insan isə yaralanıb.