Sionist İsrail və Livan arasında atəşkəs razılaşmasının 58-ci gününə daxil olması ilə İsrail tərəfindən atəşkəsə qarşı pozuntuların sayı 633-ə yüksəlib.
Az.rasthaber.com xəbər verir ki, qatil İsrail 58 gün ərzində Livanla atəşkəs razılaşmasını 633 dəfə pozub
Livanın NNA xəbər agentliyinin məlumatına görə, İsrail ordusu Mərcayun bölgəsində Kantara və Taybe qəsəbələri arasındakı evi yandırıb.
Bildirilib ki, soyqırım törədən İsrail ordusu Livan ərazisində müqaviləni daha 4 dəfə, ümumilikdə atəşkəs razılaşmasını 633 dəfə pozub.
Sionist İsrail “əsassız iddialarla, xüsusilə Livanın cənub bölgələrində yaşayış məntəqələri və evlərə hücumlar həyata keçirir.
Livan Səhiyyə Nazirliyi və NNA-nın məlumatına görə, İsrailin atəşkəsi pozması nəticəsində 38 nəfər şəhid olub, 45 nəfər yaralanıb.