İsrail telekommunikasiya şirkətinə haker hücumu olub

İsrail telekommunikasiya şirkətinə haker hücumu olub

Xəbər mənbələri Sionist Telekommunikasiya Şirkətinə (Bezik) kiberhücum edildiyini bildiriblər.

Az.rasthaber.com İRNA-ya istinadən xəbər verir ki, xəbər mənbələri sionist “Bezik” şirkətinə haker hücumu edildiyini açıqlayıb.

Bu mənbələr daha çox məlumat vermədən sözügedən şirkətin kiberhücuma məruz qaldığını və çoxlu sayda müştərisi ilə əlaqə xətlərinin kəsildiyini bildiriblər.

2023-cü il oktyabrın 7-də “Əl-Əqsa tufanı” əməliyyatının başlaması ilə sionist rejimin infrastrukturuna kiberhücumlar da artıb.

Bir müddət əvvəl hakerlər sionist xəbər kanalı olan “Walla”nın saytına hücum edərək onu sıradan çıxarıblar.

Xəbəri paylaş

VİDEOLAR