İsrail tankları Rəfah sərhəddində yardım keçidini dayandırıb

İsrail tankları Rəfah sərhəddində yardım keçidini dayandırıb

Sionist İsrail Ordusu Radiosu Misirə açılan Rəfah Sərhəd Qapısının Fələstin tərəfinin “nəzarət altında” olduğunu iddia edib.

Az.rasthaber.com xəbər verir ki, sionist İsrail Qəzza zolağından Misirə açılan Rəfah Sərhəd Qapısının Fələstin tərəfinin “nəzarət altında” olduğunu iddia edib. İsrail Ordusu Radiosu rəsmi açıqlamanın qısa zamanda veriləcəyini bildirib.

Reuters-ə danışan Qəzza Sərhəd Administrasiyasının sözçüsü işğalçı İsrail tanklarının Rəfah Sərhəd Qapısına yerləşdirildiyini və sərhədin bağlandığını bildirib. Sərhəddən yardım keçidlərinin dayandırıldığı bildirilib.

Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın ötən saatlarda dərc etdiyi xəbərdə sionist İsrail hərbi maşınlarının Qəzza zolağının cənubundakı Rəfah Sərhəd Qapısına təxminən 200 metr məsafədə yerləşdirildiyi bildirilib. Xəbərdə sionist rejim ordusunun bölgədəki bəzi binaları raketlərlə hədəfə aldığı və işğalçı İsrail artilleriya birləşmələrinin də Rəfah Sərhəd Qapısı və Kərəm Əbu Səlim Sərhəd Qapısına yaxın əraziləri atəşə tutduğu bildirilib.

Xəbəri paylaş

VİDEOLAR