Yəmənin cənub-qərb sahillərində Bab əl-Məndəb boğazından keçən sionist tanker gəmisi "qanadlı raket"lə vurulub.
Az.rasthaber.com xəbər verir ki, Ərəb mediasının məlumatına görə, Yəmənin cənub-qərb sahillərində Bab əl-Məndəb boğazından keçən sionist tanker gəmisinin “qanadlı raket”lə vurulduğu elan edilib.
Məlumatda zədələnmiş gəmidə yanğının baş verdiyi, ekipaj üzvləri arasında ölən və yaralananların olmadığı bildirilib.
Bundan əvvəl Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Seri bildirib ki, İsrailin Qəzzaya təcavüzü bitənə qədər Yəmən qüvvələri xüsusi əməliyyatları davam etdirəcək.
Yəhya Seri həmçinin xəbərdarlıq edib ki, sionist İsrailin bütün gəmiləri və ya bu rejimlə əməkdaşlıq edən gəmilər Yəmən Silahlı Qüvvələrinin qanuni hədəfi olacaq.