Suriya Müdafiə Nazirliyi bildirib ki, sionist İsrail Dəməşqin cənubunda dinc əhaliyə qarşı hava hücumu həyata keçirib; O, hücumda maddi ziyanın olduğunu açıqlayıb.
Az.rasthaber.com xəbər verir ki, “Əl Əxbariya” telekanalının Suriya Müdafiə Nazirliyindəki mənbələrə istinadən verdiyi xəbərə görə, İsrail Suriyanın paytaxtı Dəməşqin cənubuna hava zərbəsi endirib.
Nazirliyin açıqlamasına görə, İsrailin işğalı altında olan Qolan təpələri istiqamətindən həyata keçirilən hücumda Dəməşqin cənubunda çox sayda mülki hədəf vurulub. Hücum maddi itkilərə səbəb olub.
Ölən və yaralananların sayı barədə məlumat verilməyib.