İsrail Suriyaya hücum etdi, bəzi raketlər göydə vuruldu - VİDEO

İsrail Suriyaya hücum etdi, bəzi raketlər göydə vuruldu - VİDEO

Bildirilir ki, İsrailin hava hücumu nəticəsində 2 suriyalı hərbçi həlak olub, 7-si yaralanıb

 Rasthaber Azərbaycan SANA-ya istinadən xəbər verir ki, Suriya Hava Hücumundan Müdafiə (HHM) sistemləri İsrailin hava hücumunu dəf edərək düşmən raketlərinin böyük əksəriyyətini vurub.

Qeyd edilir ki, İsrail 31 avqust 22:40-da işğal etdiyi Suriyanın Qolan yüksəkliklərindən Dəməşqin cənubundakı ordu mövqelərinə hücum edib. Suriya HHM sistemləri dərhal işə keçərək raketlərin böyük hissəsini məhv edib.

Bildirilir ki, İsrailin hava hücumu nəticəsində 2 suriyalı hərbçi həlak olub, 7-si yaralanıb. Həmçinin maddi ziyan dəyib.

Xəbəri paylaş

VİDEOLAR