İsrail Suriya ərazisinə yenidən hava zərbələri endirib

İsrail Suriya ərazisinə yenidən hava zərbələri endirib

İşğalçı İsrailin hərbi təyyarələri Livan səmasından Suriyanın Homs əyalətinə hava zərbələri endirib. Ölənlər var.

Az.rasthaber.com xəbər verir ki, bu barədə hərbi mənbələr məlumat veriblər.

Bildirilib ki, ötən axşam saat 18.20 radələrində Homs əyalətində yerləşən Şueyrat hava limanı müvəqqəti İsrail rejiminin təcavüzünə məruz qalıb.

Sionist rejimin hərbi təyyarələri bu təcavüzü Livan səmasından həyata keçirib.

Azı iki Suriya Ordusu hərbçisinin həlak olduğu bildirilib.

Suriyanın havadan müdafiə sistemləri raketlərin bir neçəsini zərərsizləşdirib.

Xəbəri paylaş

VİDEOLAR