İsrail soyqırımının 220-ci günü: Şəhidlərin sayı 35 mini ötüb

İsrail soyqırımının 220-ci günü: Şəhidlərin sayı 35 mini ötüb

Sionist İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən Qəzza zolağına həyata keçirdiyi hücumlarda şəhid olanların sayı 35 min 34-ə yüksəlib.

Az.rasthaber.com xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada işğalçı İsrailin 220 gündür Qəzza zolağında həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib.

Bəyanatda sionist İsrail ordusunun son 24 saat ərzində Qəzzada fələstinli dinc əhaliyə qarşı 8 qətliam törətdiyi, son gündə hücumlarda şəhid olan 63 nəfərin, 114 yaralının isə xəstəxanalara çatdırıldığı bildirilib.

Açıqlamada dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu vurğulanıb, lakin İsrail qüvvələrinin maneəsi səbəbindən cəsədlərə tibbi qrupların və mülki müdafiə işçilərinin çata bilmədiyi qeyd edilib.

Xəbəri paylaş

VİDEOLAR