İsrail son həftədə ikinci dəfə Hələbin hava limanını hədəfə alıb

İsrail son həftədə ikinci dəfə Hələbin hava limanını hədəfə alıb

İsrailin hərbi təyyarələri Suriyanın şimalında Hələbin beynəlxalq hava limanına aviazərbələr endiriblər.

Az.rasthaber.com xəbər verir ki, bu barədə Suriyanın hərbi mənbələri məlumat veriblər.

Bildirilib ki, ötən gün axşam saat 20.16 radələrində Hələbin beynəlxalq hava limanı aviazərbələrə məruz qalıb.

Havadan müdafiə hərəkətə keçib. Hədəfə çatan raketlər hava limanının eniş zolağında dağıntılara səbəb olub. Suriya Mülki Aviasiyası Hələb beynəlxalq hava limanından uçuşları dayandırıb.

Məlumata görə İsrailin təyyarələri bu təcavüzü Aralıq dənizi səmasından həyata keçiriblər.

İsrailin Hələb hava limanına bu təcavüzü son həftədə ikincidir.

Suriyanın Colan Yüksəkliklərini işğalda saxlayan İsrail bu ölkə ərazisində İrana bağlı olan xarici və yerli qüvvələri hədəfə aldığını iddia edir.

Xəbəri paylaş

VİDEOLAR