Livanın “Məzare-Şəba” və “Tilal Kəfar-Şuba” bölgələrini işğalda saxlayan İsrail son 15 ildə ölkənin (digər bölgələri) səmasını 22 min dəfə pozub.
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə “Airpressure.info” yayımladığı hesabatda deyir.
Məlumata görə görə, 15 il ərzində İsrailin döyüş təyyarələri ölkənin hava məkanını səkkiz min dəfədən çox, pilotsuz təyyarələr isə 13 min dəfə pozub.
Xəbərdə əlavə edilib ki, İsrail Hərbi Hava Qüvvələri müntəzəm olaraq Livanın hava məkanını pozaraq ölkənin cənubu, habelə mərkəzində olan əl-Biqa vadisi üzərində kəşfiyyat uçuşları həyata keçirib.
Hesabatda xüsusilə İsrail döyüş təyyarələrinin Suriya ərazisini vurmaq üçün Livanın hava məkanından istifadə etdiyinə diqqət çəkilib.
Öz növbəsində, Livan hakimiyyəti dəfələrlə BMT-yə etiraz müraciətləri göndərərək Təl-Əvivə təzyiq göstərməyə, Livanın suverenliyinə hörmət etməyə və BMT Təhlükəsizlik Şurasının son Livan-İsrail müharibəsindən sonra qəbul edilmiş 1701 saylı qətnaməsinə əməl etməyə çağırıb.