İsrailin İnformasiya Təhlükəsizliyi Şirkəti (Check Point Software Technologies LTD) İran tərəfindən genişmiqyaslı kiber hücumun həyata keçirildiyini bildirib.
Az.rasthaber.com SalamNews-a istinadən bildirir ki, İsrailin İnformasiya Təhlükəsizliyi Şirkəti İran tərəfindən son həftələrdə həyata keçirilən kiber hücumunda ehtiyatda olan bir sıra zabitlərin elektron poçtasındakı məlumatların ələ keçirildiyi və bu poçtalar vasitəsilə İsrailin çoxsaylı sabiq və hazırki hərbi, siyasi rəsmiləri, elm adamları və sair mühüm şəxslərlə təmasların qurulduğunu açıqlayıb.
Əlavə edilib ki, İsrailin dövlət və elm adamları bu poçtalar vasitəsilə xaricdə konfranslara və müxtəlif çıxışlara dəvət ediliblər.
Qeyd edilib ki, onlardan biri də sabiq baş nazir Tsipi Livni və ABŞ-ın İsraildəki sabiq səfiri olub.