İsrail əsgərlərindən insanlığa sığmayan cinayət: Fələstinliləri diri-diri basdırdılar

İsrail əsgərlərindən insanlığa sığmayan cinayət: Fələstinliləri diri-diri basdırdılar

Sionist İsrail ordusu Qəzza zolağının cənubundakı Xan Yunis şəhərindən geri çəkildikdən sonra Nasser xəstəxanasının şəhərciyində 3 kütləvi məzarlıqdan çıxarılan cəsədlərin sayı 392-yə çatıb.

Az.rasthaber.com xəbər verir ki, Xan Yunisdəki Mülki Müdafiə Birliyinin direktoru Yamin Əbu Süleyman mətbuat konfransında bildirib ki, Nasser Hospital şəhərciyində kütləvi məzarlıqlarda aparılan axtarışlar zamanı daha 58 cəsəd tapılıb.

Əbu Süleyman deyib:

"Nasser Hospital şəhərciyində 392 cəsədin olduğu 3 kütləvi məzar aşkarlandı. Cəsədlərin bəzilərində işgəncə və edam əlamətləri var idi. Bəzilərinin diri-diri basdırıldığını təxmin edirik".

Axtarış işləri ilə bağlı məlumat verən Əbu Süleyman bildirib:

"Axtarış zamanı uşaq cəsədlərinə rast gəldik. Xəstəxanadakı kütləvi məzarlıqlarda uşaq cəsədlərinin tapılmasının səbəbini hələ bilmirik".

Əbu Süleyman deyib:

"İşğalçı İsrail əsgərləri xəstəxana kompleksində çoxlu cəsədi plastik torbalarla 3 metr dərinlikdə basdırdılar. Bu da, çürüməni sürətləndirib.

165 cəsədin şəxsiyyətini müəyyən etmək mümkün olmadı. İsrail əsgərləri cəsədləri plastik torbalara bükdülər ki, bu da parçalanmağı sürətləndirib və şəxsiyyətin müəyyən edilməsini mümkünsüz edib".

Əbu Süleyman beynəlxalq ictimaiyyəti “İsrailin Fələstin xalqına qarşı cinayətlərini ifşa etmək üçün insan haqları təşkilatları və beynəlxalq medianın bölgəyə daxil olmasına icazə verməyə” çağırıb.

Mülki Müdafiə komandasından Məhəmməd Müqayir, İsrail əsgərləri tərəfindən öldürülən, plastik qandallarla bağlanmış və üzərində işgəncə izləri olan cəsədləri əks etdirən videonu mətbuatla paylaşıb.

Müqayir deyib: “Nasser xəstəxanasında tapılan cəsədlər işgəncə və edam şübhələrini ortaya qoyur”.

Tapılan cəsədlərin Fələstin xalqı tərəfindən dəfn edilə bilməyəcəyini vurğulayan Müqayir bildirib:

"Cəsədlərin 3 metr dərinlikdə basdırılması Qəzza xalqının dəfn üsullarına ziddir".

Xəbəri paylaş

VİDEOLAR