İsrail əsgərləri fələstinlilərə hücum edib

İsrail əsgərləri fələstinlilərə hücum edib

Nəticədə yaşayış məntəqəsinin 1 sakini güllə yarası alıb.

Rasthaber Azərbaycan SANA-ya istinadən xəbər verir ki, İsrail əsgərləri işğal altında saxladıqları İordan çayının Qərb sahilində fələstinlilərə qarşı növbəti dəfə zor tətbiq ediblər.

Ramallah şəhərindən qərbdə yerləşən Betunya qəsəbəsində fələstinlilərə qarşı döyüş silahı və gözyaşardıcı qazdan istifadə edilib.

Nəticədə yaşayış məntəqəsinin 1 sakini güllə yarası alıb.

Bundan başqa, İsrail hərbçiləri Tulkarm, Kəlkiliya, Behtlehəm şəhərlərinə və əd-Ceyşa qaçqın düşərgəsinə də soxularaq 9 fələstinlini əsassız şəkildə həbs ediblər.

Qeyd edək ki, İsrail tez-tez bu cür əsassız həbslər həyata keçirir.

Rəsmi məlumatlara görə, İsrail həbsxanalarından minlərlə fələstinli saxlanılır və onlar arasında çox sayda uşaq və qadınlar da var.

Xəbəri paylaş

VİDEOLAR