İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilində 17 yaşlı fələstinli oğlanı sinəsindən güllələyərək öldürüb.
Az.rasthaber.com Türkiyə mediasına istinadən xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada Ramallahın qərbində, Ayrılıq Divarı yaxınlığındakı əl-Midya kəndində bir fələstinli uşağın İsrail əsgərlərinin açdığı atəş nəticəsində sinəsindən güllə yarası aldığı qeyd edilib.
Ramallahdakı Fələstin Sağlamlıq Kompleksinə aparılan ağır yaralı uşaq həkimlərin müdaxiləsinə baxmayaraq xilas edilə bilməyib.
Açıqlamada uşağın kimliyi ilə bağlı məlumat verilməyib.
Digər tərəfdən, hadisə şahidləri uşağın Midye kəndinin sakini Məhəmməd Avde olduğunu və heç bir qarşıdurma olmadığı halda Ayrılıq Divarı ətrafında İsrail hərbi patrulu tərəfindən vurulduğunu bildirib.