İsrail ordusunun Fələstinin işğal altındakı İordan çayının qərb sahilinin Nablus şəhəri və Ramallah yaxınlığındakı Nəbi Saleh qəsəbəsinə etdiyi basqın zamanı əsgərlərin açdığı atəş nəticəsində həyatını itirən fələstinlilərin sayı 4-ə yüksəlib.
Az.rasthaber.com-un Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, Fələstin Səhiyyə Nazirliyinin mövzuya dair açıqlamasında deyilir:
“İşğalçı qüvvələrin açdığı atəş nəticəsində 4 nəfər şəhid olub, 2-si ağır olmaqla 19 nəfər yaralanıb.
3 nəfər Nablusda, bir nəfər isə Ramallah yaxınlığındakı Nəbi Salih qəsəbəsində edilən basqınlar nəticəsində həyatını itirib”.
Digər tərəfdən, Fələstin Prezident Aparatı İsrailin Nablusda şəhərindəki hərbi əməliyyatlarını “müharibə cinayəti” kimi qiymətləndirib.