Fələstin Səhiyyə Nazirliyi 22 yaşlı Mahmud Camal Həsən Həmdanın Yerixoda Akabetu Cabr Qaçqınlar Düşərgəsinə işğalçı qüvvələrin keçirdiyi basqın zamanı aldığı ağır yara nəticəsində həyatını itirdiyini açıqlayıb.
Az.rasthaber.com xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin açıqlamasında bildirilib:
“Sionist rejimin gülləsi ilə yaralanan 22 yaşlı fələstinli gənc Mahmud Camal Həsən Həmdan dünən gecə aldığı xəsarətlərdən dünyasını dəyişib”.
Bu fələstinli gənc çərşənbə günü günortadan sonra Yerixoda Aqabatu Cabr Qaçqınlar Düşərgəsinə işğalçıların hücumu zamanı güllələnib və yaralanıb.
Sionist rejim əsgərləri ötən gün İordan çayının qərb sahilinin Yerixo şəhərinə basqın zamanı 6 fələstinlini həbs ediblər.
Son günlər sionist rejim ordusunun Yerixo şəhərinə hücumları artıb və nəticədə bir Amerika vətəndaşı həlak olub və çoxlu sayda sionist yaralanıb.