İsrail əsgərləri 17 fələstinlini həbs etdi

İsrail əsgərləri 17 fələstinlini həbs etdi

İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilindә 17 fələstinlini həbs edib.

Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilindә 17 fələstinlini həbs edib.

Bu barәdә yerli mәnbәlәrin yaydığı  mәlumatda bildirilib.

Məlumata görə,  İordan çayının qərb sahilinin müxtəlif bölgələrində gecə radələrində keçirilən əməliyyatlar nәticәsindә 17  fәlәstinli saxlanılıb. Saxlanılan fәlәstinlilәrin terror aktlarında iştirak etdiklәri iddia edilib.

Onlar dindirilmәk üçün bölgәdәki nәzarәt mәntәqәsinә aparılıb.

İşğal altındakı Şәrqi Qüds vә  İordan çayının qәrb sahillilindә vaxtaşırı evlәrә basqın tәşkil edәn İsrail qüvvәlәri müxtәlif iddialar irәli sürәrәk fәlәstinlilәri saxlayır.

Digәr tәrәfdәn işğal altındakı İordan çayının qәrb sahilinin Ramallah şәhәrindә  İsrail әsgәrlәri ilә fәlәstinlilәr arasında qarşıdurma olub.

Qarşıdurma zamanı bir nәfәrin yaralandığı bildirilib.

Xəbəri paylaş

VİDEOLAR