Bir qrup şəxs aksiya keçirməyə cəhd edib.
İsrail rejiminin Bakıdakı səfirliyi qarşısında dünən bir qrup şəxs aksiya keçirməyə cəhd edib.
Bu barədə Rakurs.tv-yə hadisə şahidləri məlumat veriblər.
Məlumatda vurğulanır ki, İsrail rejimi əleyhinə şüalar səsləndirən nümayişçilərə polis müdaxilə edib.
Elçibəy Həsənbəyli özünün facebook profilində yazıb ki, 6 nəfər aksiyada saxlanılıb və sonra sərbəst buraxılıblar.
Xatırladaq ki, Beynəlxalq Qüds günü münasibətilə hər il İsrail rejiminin Bakıdakı səfirliyi qarşısında aksiya keçirilir və Fələstinə azadlıq tələb olunur.