İsrail İran İslam İnqilabının Keşikçilər Ordusunu (Sepah) “terror siyahısı”ndan çıxarmadığına görə ABŞ-a təşəkkür edib.
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə İsrailin baş naziri Naftalı Bennet açıqlama verib.
O, müdafiə naziri Beni Qantsın ABŞ səfərindən sonra verdiyi açıqlamada Vaşinqtona təşəkkür edib.
“Mən əminəm ki, prezident Bayden İsrailin əsl dostudur və onun təhlükəsizliyinə əhəmiyyət verir. O icazə verməyəcək ki, İslam İnqilabının Keşikçilər Ordusu terror təşkilatlarının siyahısından çıxarılsın”, deyə Bennet təşəkkürünü ifadə edib.
Qeyd edək ki, İran, nüvə sazişinin bərpası üçün Donald Trampın dövründə Sepahın “terror siyahısı”na əlavə edilməsi ilə bağlı qərarın ləğvini tələb edir.
ABŞ mətbuatı bildirir ki, Co Bayden İranın istədiyini etmək fikrində deyil.