Sionist rejim kabinetinin dini işlər nazirinin müavini və Naftali Bennetin rəhbərlik etdiyi Yəminə partiyasının üzvü Methan Kahana ərəblərin Fələstindən qovulmasını arzuladığını bildirib.
Az.rasthaber.com xəbər verir ki, İsrail Nazirlər Kabinetinin dini işlər nazirinin müavini Methan Kahana deyib:
"Əgər ərəbləri buradan (işğal olunmuş ərazilərdən) çıxarmaq üçün düyməm olsaydı, mütləq basardım!".
Methan Kahana adlı sionist, Fələstin torpaqlarında Qüds və Beytüllahm arasında yaradılmış sionist şəhəri Əfratın orta məktəbinin şagirdlərinə verilən konfransda deyib:
"Mən inanıram ki, yaxın gələcəkdə fələstinlilərlə sülh mümkün deyil".
Kahana daha sonra açıqlamasına belə davam edib:
"Bu düymə məndə olsaydı, onu basardım ki, onlar sürətli qatarla İsveçrəyə gedib orada ideal həyat yaşasınlar! Amma məndə bu düymə yoxdu! Yalnız biz burada və bu torpaqlarda tək olmalıydıq!
Bəziləri hesab edir ki, əgər biz 1967-ci il sərhədlərinə qayıtsaq, tam təhlükəsizlik və sülh şəraitində birgə mövcud olan iki hökumətin formalaşdığını görəcəyik, lakin bu cəfəngiyyatdır və həqiqətə uyğun deyil, mən buna inanmıram".