İşğalçı İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı 34 min 943-ə yüksəlib. Son 24 saatda Qəzza zolağına edilən hücumlarda 39 fələstinli şəhid olub, 58 nəfər yaralanıb.
Az.rasthaber.com xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi açıqlamada sionist İsrailin 218 gündür Qəzza zolağında həyata keçirdiyi hücumlar barədə məlumat verilib.
Açıqlamada İsrail ordusunun son 24 saatda Qəzzanın müxtəlif bölgələrinə təşkil etdiyi hücumlarda 6 qırğın törətdiyi, hücumlarda daha 39 fələstinlinin şəhid olduğu, 58 fələstinlinin isə yaralandığı bildirilib.
Bəyanatda sionist İsrailin oktyabrın 7-dən Qəzza zolağına həyata keçirdiyi hücumlarda şəhidlərin sayının 34 min 943 nəfərə, yaralıların sayının isə 78 min 572 nəfərə yüksəldiyi bildirilib.
Açıqlamada dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qrupları və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi vurğulanıb.