İsrail rejiminin fələstinlilərə qarşı qətliamı davam edir

İsrail rejiminin fələstinlilərə qarşı qətliamı davam edir

Reaksiyalara məhəl qoymayan işğalçı İsrail rejimi qətliamını davam etdirir.

Az.rasthaber.com xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamaya görə, 31 yaşlı Qufran Veresane Hebronun şimalında Əl-Arub Qaçqınlar Düşərgəsi yaxınlığında işğalçı əsgərlərin açdığı atəş nəticəsində şəhid olub.

Sionist İsrail ordusu isə gənc qadının "bıçaqla hücuma cəhd etdiyini" iddia edib.

Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən açıqlamada, İsrail əsgərləri tərəfindən təcili tibbi yardım həkimlərinin təxminən 20 dəqiqə ərzində yaralılara çatmasının qarşısı alındığı bildirilib.

Xəbəri paylaş

VİDEOLAR