İsrail rejimindən Suriyaya hava hücumu

İsrail rejimindən Suriyaya hava hücumu

İsrail rejimi Dəməşqin ətrafına hava hücumu edib.

Az.rasthaber.com RİAFAN-a istinadən xəbər verir ki, bu barədə Suriyadakı hərbi mənbələrdən məlumat verilib.

İnsident gecə saatlarında baş verib.

Suriya HHM sistemləri atılan raketlərin çox hissəsini məhv edib. İnsani itkilər olmasa da, maddi zərər dəyib.

Hadisənin təfərrüatı barədə bildirilməyib.

İlkin versiyalara əsasən, İsrail rejiminin hücumunun hədəfi silah anbarı olub. Qeyd edilir ki, Suriya hökuməti həmin anbardan terrorçulara qarşı mübarizədə istifadə edirdi.

Qeyd edilir ki, sionist rejim hücumu Livanın hava sahəsindən istifadə edərək həyata keçirib.

Xəbəri paylaş

VİDEOLAR