Fələstin müqavimətinin İsrail rejiminə qarşı mübarizəsi qətiyyətlə davam edir

Fələstin müqavimətinin İsrail rejiminə qarşı mübarizəsi qətiyyətlə davam edir

İşğal rejiminin bütün zorakılıqlarına, hücumlarına və basqınlarına baxmayaraq, işğala qarşı Fələstin müqavimətinin hüquq və azadlıq mübarizəsi qətiyyətlə davam edir.

Az.rasthaber.com xəbər verir ki, İordan çayının qərb sahili bölgəsində fələstinli gənclərin 2022-ci ilin əvvəlindən bu yana işğal hədəflərinə qarşı 7216 müqavimət hərəkəti həyata keçirdiyi, bunlardan 413-nün silahlı hücum olduğu bildirilib.

Bildirilib ki, sentyabrın əvvəlindən işğalçı qüvvələrə və onların milis kimi istifadə etdikləri yəhudi köçkün terrorçu dəstələrinə qarşı müqavimət aksiyaları artmaqda davam edir.

Dünən İordaniya Vadisi ətrafında silahlı hücumda işğalçı əsgərləri daşıyan avtobusa edilən silahlı hücum nəticəsində 7 işğalçı əsgərin yaralandığı açıqlanıb. Dünən gecədən bəri bölgədə ən azı 7 silahlı hücumun həyata keçirildiyi bildirilib.

Bildirilib ki, son 24 saat ərzində işğalçı əsgər və köçkün dəstələrinə qarşı ümumilikdə 14 müqavimət aksiyası keçirilib. Bu hücumlardan 7-nin silahlı hücum, 1-nin isə partlayıcı maddə atılması ilə baş verdiyi və 8 işğalçı əsgərin yaralandığı bildirilib.

Xəbəri paylaş

VİDEOLAR