İşğalçı İsrail rejiminin dəniz qüvvələrinə məxsus hərbi qayıqlar, bu gün, Qəzza zolağının cənubundakı Xan Yunus şəhəri yaxınlığında qəzzalı balıqçıların qayıqlarına hücum edib.
Az.rasthaber.com "Palinfo"ya istinadən xəbər verir ki, işğalçı qayıqların sahildən cəmi 3 mil uzaqlıqda olmasına baxmayaraq, balıqçı qayıqlarına atəş açması, onları balıq tutduqları yerlərdən uzaqlaşmağa məcbur edib.
Qeyd edək ki, Qəzza bölgəsi əhalisinin 10%-i balıqçılıqla yaşayır və onların ərzaq ehtiyaclarını ödəməkdə əhəmiyyətli bir boşluğu doldurur. Bununla belə, 15 ildən artıqdır ki, bölgəni mühasirədə saxlayan sionist işğalçı qüvvələr tez-tez dənizdə balıqçı qayıqlarına hücum edərək, onları intensiv atəşə tuturlar. Bəzən bu qayıqları sahildə dayanmağa məcbur edir, bəzən də balıqçıları girov götürərək onların qayıqlarını və tutduqları balıqları müsadirə edirlər.