İsrail rejimi yenidən Suriyaya hücum edib

İsrail rejimi yenidən Suriyaya hücum edib

Sionist rejimin Suriyanın paytaxtı Dəməşqdə bir nöqtəyə hava hücumu təşkil etdiyi açıqlanıb.

Az.rasthaber.com xəbər verir ki, Suriyanın rəsmi xəbər agentliyi SANA hərbi mənbəyə əsaslanaraq bildirib ki, sionist qüvvələrin yerli vaxtla saat 00:15-də Dəməşq çölündə bir məntəqə hava hücumu ilə hədəfə alınıb.

Hücum nəticəsində 2 mülki vətəndaşın həyatını itirdiyi xəbərdə "Hava hücumundan müdafiə sistemlərimiz düşmən raketlərini qarşıladı və bəzilərini vurdu. Hücum nəticəsində ziyan meydana gəldi" ifadələri yer alıb.

Hücumla bağlı İsrail rejimindən heç bir açıqlama verilməyib.

Qeyd edək ki, İsrail 2011-ci ildən bəri Suriyadakı hərbi məntəqələrə tez-tez hücumlar təşkil edir.

Xəbəri paylaş

VİDEOLAR