İsrail rejiminin döyüş təyyarələri bu gün səhər tezdən işğal altındakı Qəzza zolağına hücuma keçdiklərini təsdiqləyiblər.
Az.rasthaber.com xəbər verir ki, İsrail dünən axşam saatlarında Qəzza zolağından atılan raketə cavab olaraq "HƏMAS-ın silah istehsalı müəssisəsini" vurduğunu açıqlayıb.
“Bu gün səhər saatlarında Qəzzadan İsrailə raket buraxılışına cavab olaraq, İsrail döyüş təyyarələri xam kimyəvi istehsal müəssisəsini və HƏMAS-ın silah istehsal edən obyektini vurub”, - məlumatda bildirilib.