UNRWA-nın baş komissarı Filip Lazzarini deyib: "Oktyabrın 7-dən bəri Qəzzada öldürüldüyü bildirilən uşaqların sayı, dörd il ərzində dünyada gedən müharibələrdə öldürülən uşaqların ümumi sayından çoxdur".
Az.rasthaber.com xəbər verir ki, UNRWA-nın komissarı general Filip Lazzarini sionist İsrailin hücumlarını davam etdirdiyi Qəzza ilə bağlı qorxulu açıqlama verib.
Lazzarini bildirib:
"Oktyabrın 7-dən bu yana Qəzzada öldürüldüyü bildirilən uşaqların sayı, dünyada 4 ildə müharibələrdə öldürülən uşaqların ümumi sayından çoxdur".