İsrail rejimi Livanın cənubunda sui-qəsd həyata keçirib

İsrail rejimi Livanın cənubunda sui-qəsd həyata keçirib

Livanın cənubundakı Kefra şəhərində sionist İsrailə məxsus pilotsuz uçuş aparatının (PUA) avtomobilə hücumu nəticəsində ən azı 2 nəfərin öldüyü, 7 nəfərin yaralandığı açıqlanıb.

Az.rasthaber.org xəbər verir ki, Qəzzada davam edən müharibənin 107-ci günündə işğalçı İsrail rejimi Cənubi Livanda növbəti hücumunu həyata keçirib.

Livan mətbuatının məlumatına görə, Kefra qəsəbəsində pilotsuz təyyarə ilə həyata keçirilən hücumda ən azı 2 nəfər ölüb, 7 nəfər yaralanıb.

İsrailin dünən Livanın Sur şəhərinin şərqindəki Əl-Bəzuriyə qəsəbəsində pilotsuz təyyarə ilə həyata keçirdiyi hücumda 4 nəfər həyatını itirib.

Xəbəri paylaş

VİDEOLAR