Livanın sərhəd bölgəsində hücumlarını intensivləşdirən işğalçı İsrail ordusu ölkənin cənubundakı Adşit qəsəbəsi ətrafında boş bir evi hədəf alaraq yıxıb.
Mülki Müdafiə Birliyinin verdiyi açıqlamada, sionist İsrail ordusunun Kevneyn, Beyt Yahun, Adşit və Vadi Cilo qəsəbələrinə hücumlarından sonra yaralananların xəstəxanaya aparıldığı bildirilib.
Az.rasthaber.com NNA-ya istinadən xəbər verir ki, şahidlər işğalçı İsrail döyüş təyyarələrinin Vadi Cilo yolunda ticarət müəssisələrinin olduğu 3 mərtəbəli binanı bombaladığını və hücumun ziyana səbəb olduğunu bildirib.
Dünən Hizbullahın Baram meşəsində sionist İsrail ordusunun yerləşdirdiyi əsgərləri hədəfə aldığı və bölgədəki hərbi mövqeyə çoxlu sayda partlayıcı yüklü PUA atdığı açıqlanıb.
Sionist rejim mətbuatında Hizbullahın ölkənin şimal sərhədində həyata keçirdiyi pilotsuz uçuş aparatının (PUA) hücumu nəticəsində 11 israillinin yaralandığı bildirilib.