İsrail rejimi Livana hava hücumu edib

İsrail rejimi Livana hava hücumu edib

Livanın rəsmi agentliyi NNA-da yer alan xəbərə görə, sionist İsrail döyüş təyyarələri Baalbek şəhərinin cənubunda yerləşən Ənsar qəsəbəsinə hava hücumu həyata keçirib.

Az.rasthaber.com xəbər verir ki, hücumun hədəfinin bina olduğu və bombaların düşməsindən sonra bölgədə tüstünün qalxdığı qeyd edilsə də, ölən və yaralananların sayı ilə bağlı təfərrüatlar paylaşılmayıb.

NNA-nın başqa bir xəbərində sionist İsrailin Livanın cənubunda sərhəd bölgəsində yerləşən Nakura qəsəbəsində bir evə hava hücumu təşkil etdiyi bildirilib.

Xəbəri paylaş

VİDEOLAR