Sionistlər işğal altındakı İordan çayının qərb sahilində 28 qəsəbə kompleksi tikmə plalarını həyata keçirməyə çalışır.
Az.rasthaber.com xəbər verir ki, İbrani dilində nəşr olunan “İsrael Hum” qəzeti, işğal olumuş ərazilər olan İordan çayının qərb sahilində yəhudilər üçün 28 yeni məskunlaşma kompleksi tikmə və genişləndirilmə planında fəallıq göstərən “Nəhlah” adlı sionist hərəkatının bu planlarından yazıb.
Qəzet həmçinin, ABŞ prezidenti Co Baydenin bu həftə işğal olunmuş ərazilərə səfərindən bir neçə gün sonra 3 qəsəbə kompleksinin tikintisinə başlanılacağını qeyd edib.
Sionist qüvvələrin bu işğal hərəkətinin təfərrüatları daha ətraflı dərc olunmasa da, bunun ABŞ prezidenti Co Baydenin Təl-Əvivə səfəri ilə eyni vaxtda elan edilməsi onu göstərir ki, Amerika rəsmiləri və BMT işğal olunmuş İordan çayının qərb sahilində qeyri-qanuni sionist məskunlaşmalarına açıq-aşkar müxalif olduqlarını bəyan etsələr də, qətnaməyə zidd olan məskunlaşma amerikalılar üçün qəbul edilmiş məsələdir.
Bundan əvvəl Sionist "Peace Now" İnstitutu öz internet səhifəsində hesabat dərc edərək elan etmişdi ki, Naftali Bennetin baş nazirliyi dövründə İordan çayının qərb sahilində Qüds də daxil olmaqla yaşayış məntəqələrinin tikintisinin həcmi Benyamin Netanyahunun baş nazirliyi ilə müqayisədə 62% artıb.