İsrail rejimi həbsxanlarında 17 fələstinli jurnalist əsirdir

İsrail rejimi həbsxanlarında 17 fələstinli jurnalist əsirdir

Fələstində jurnalistləri himayə komitəsi bildirib ki, hazırda sionist rejim məhbəslərində 17 fələstinli idarə işçisi və jurnalist əsirdir.

Az.rasthaber.com İran mediasına istinadən xəbər verir ki, komitə bu haqda yaydığı bəyanatda qeyd edib ki, sionist rejimin jurnalistləri həbs etməsi beynəlxalq qanunların aşkar şəkildə pozulması deməkdir.

Fələstində jurnalistləri himayə komitəsi bu bəyanatda onu da qeyd edib ki, qəsbkar sionist rejim Fələstin xalqını zəiflətmək üçün fələstinli mediaları susdurmağa çalışır.

Sionist rejim qüvvələri indiyə kimi yüzlərlə jurnalist və müxbiri həbs edib, yaralayıb və ya şəhid ediblər. Onların bu hərəkətlərdə məqsədləri, bu rejimin məzlum Fələstin xalqına qarşı cinayətlərinin ifşa edilməsinin qarşısını almaqdır. Bunu, Fələstində jurnalistləri himayə komitəsi bildirib.

Hazırda sionist rejim məhbəslərində təqribən 4500 fələstinli əsir saxlanılır.

Xəbəri paylaş

VİDEOLAR