Fələstinin WAFA xəbər agentliyinin xəbərində sionist İsrail döyüş təyyarələrinin Qəzzanın mərkəzi bölgələrindəki Deyr əl-Belah şəhərində 2 evi hədəf alması nəticəsində ən azı 15 fələstinlinin şəhid olduğu və çoxlu sayda insanın yaralandığı bildirilib.
Az.rasthaber.com xəbər verir ki, açıqlamada yaralıların şəhərdəki Əqsa Şəhidləri Xəstəxanasına aparıldığı, mülki müdafiə əməkdaşlarının evlərin dağıntıları altında axtarış-xilasetmə işlərinə davam etdiyi bildirilib.
İsrail ordusunun Qəzza zolağının şimalında yerləşən Cibaliya Qaçqınlar Düşərgəsində 70 fələstinlinin sığındığı evi bombaladığı, ilkin məlumatlara görə 2 nəfərin şəhid olduğu bildirilib.
Komandaların bombalanan evdə işlərini davam etdirdiyi paylaşılıb.
Sionist İsrail ordusu 2023-cü il oktyabrın 7-dən bəri məcburi köçkün fələstinlilərin sığındığı mülki yaşayış məntəqələri, xəstəxanalar, məktəblər və sığınacaqlara hücumlarını davam etdirdiyi üçün təxminən 2,3 milyon əhalisi olan Qəzza zolağında böyük humanitar fəlakət yaşanıb.
Beynəlxalq dairələr, xüsusilə də BMT təşkilatları, xəstəxanaların əksəriyyətinin xidmətdən çıxması, tibbi ləvazimat çatışmazlığı, aclığın səbəb olduğu xəstəliklər səbəbiylə Qəzzada atəşkəs və bölgəyə humanitar yardımların daxil olmasını artırmağa çağırır.
Beynəlxalq Ədalət Məhkəməsinin yanvarın 26-da İsrailə qarşı çıxardığı müvəqqəti qərarlar arasında “Qəzzada humanitar yardımların əldə edilməsinin təmin edilməsi” də yer alsa da, fevral ayında Qəzzaya daxil olan yardımların həcminin yanvar ayına nisbətən iki dəfə azaldığı bildirilir.
Sionist İsrailin oktyabrın 7-dən etibarən Qəzza zolağına həyata keçirdiyi hücumlarda azı 13 min 230-u uşaq, 8 min 860-ı qadın olmaqla, 30 min 228 fələstinli şəhid olub, 71 min 377 nəfər yaralanıb.
Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.