İşğalçı İsrail səlahiyyətlilərindən tikinti icazəsi almağın, demək olar ki, mümkün olmadığı işğal altındakı Şərqi Qüdsdə yaşayan fələstinlilər, illərdir yaşadıqları evlərini “lisenziyasız” olduğu səbəbilə sökmək məcburiyyətində qalırlar.
Az.rasthaber.com xəbər verir ki, Fələstinlilər sionist hakimiyyət orqanlarının söküntü prosesini həyata keçirəcəyi təqdirdə onların üzərinə qoyulan xərcləri ödəyə bilmədiklərindən evlərini öz əlləri ilə sökməyə məcburdurlar.
Söküntü işlərini həyata keçirmək üçün İsrail bələdiyyəsindən olan qrupların xərci 60 min şekelə (təxminən 16 min dollar) başa gəlib.
Şərqi Qüdsdəki Köhnə Şəhərdəki Es-Saadiye məhəlləsinin sakini Həsən Cafer (53) iki çətin seçim qarşısında qaldığını söyləyib.
Cəfər qeyd edib ki, ya oğlu üçün tikdirdiyi köhnə binanın üçüncü mərtəbəsində, Qaya Qübbəsinə baxan mənzili sökməli, ya da söküntü xərclərini İsrailə ödəməlidir.
O, bu xoşagəlməz təkliflər qarşısında birincini seçmək məcburiyyətində olduğunu bildirib.
Cafer düşdüyü çətinliyi “Çətin şəraitdə öz evini tikirsən, sonra da öz əlinlə uçurub sökürsən” deyərək ifadə edib.
İsrailin rəsmi məlumatlarına görə, işğal altındakı Şərqi Qüdsdə təxminən 370 min fələstinli yaşayır. Bunun əksinə olaraq “Peace Now” qeyri-hökumət təşkilatının məlumatına görə, Şərqi Qüds ərazisində 14 yəhudi yaşayış məntəqəsində 200 mindən çox məskunlaşan var.